TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir. Mənə dünən ilk dəfə görməyin nəsib olduğu işğaldan azad edilmiş qədim şəhərimiz Şuşada, Cıdır düzündə, o geniş düzdə azad şəkildə gəzərkən bu ruhu daha da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya Türkün gücünü görsün, yerini bilsin”.Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST”in şüarının artıq düşüncələrdə yer aldığını görürük. Bundan sonra üzərimizə düşən vəzifə türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarım bu ruhdan aldıqları ilhamla irəliləyəcək və tam müstəqillik mübarizəsində ən öndə olacaqlar.Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar.Qoşqar Orucov,Xocalı rayon ziyalısı